Azərbaycanın xarici işlər naziri və XİN-in əməkdaşları Fəxri Xiyaban və Şəhidlər Xiyabanı ziyarət edib

Azərbaycanın xarici işlər naziri və XİN-in əməkdaşları Fəxri Xiyaban və Şəhidlər Xiyabanı ziyarət edib
# 09 iyul 2012 13:38 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Xarici işlər naziri Elmar Məmmədyarov və nazirliyin əməkdaşları Azərbaycanda diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı münasibətilə Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib. APA-nın məlumatına görə, nazirin rəhbərlik etdiyi heyət əvvəlcə Heydər Əliyevin məzarı önünə əklil qoyub, sonra akademik Zərifə Əliyevanın məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüb. Sonra nazir və onu müşayiət edənlər Şəhidlər Xiyabanını ziyarət edərək “Əbədi Məşəl” kompleksi önünə əklil qoyublar.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin 2007-ci il 24 avqust tarixli sərəncamı ilə 9 iyul tarixi Azərbaycanda diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur. 1919-cu ilin 9 iyul tarixində Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin katibliyinə dair müvəqqəti təlimat qəbul edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR