Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Çində səfərdədir

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Çində səfərdədir
# 11 sentyabr 2012 15:05 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Dünya İqtisadi Forumunun direktoru Borge Brendenin dəvəti ilə Çin Xalq Respublikasında səfərdədir.

Nazirlikdən “APA-Economics”ə verilən məlumatına görə, səfər sentyabrın 10-13-də Çinin Tiancin şəhərində keçirilən Dünya İqtisadi Forumunun Asiya Regional Sammitində Azərbaycanı təmsil etmək məqsədi daşıyır.

Yeni texnologiyaların, elmi-texniki nailiyyətlərin iqtisadiyyata tətbiqi, innovativ sahibkarlıq kimi məsələləri gündəmə gətirəcək sammitdə İKT-nin inkişafı, innovativ texnologiyaların iqtisadi inkişafa təsiri, eləcə də bu sahələrdə hökumətin rolu kimi mövzuların müzakirəsi də nəzərdə tutulur.

Tədbirdə iştirak son illər Azərbaycanda əldə olunmuş nailiyyətlərin təbliği, o cümlədən ölkənin BMT tərəfindən koordinator təyin edildiyi Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM), Yaxın Şərq Sürətli İnformasiya Dəhlizi (EPEG) kimi beynəlxalq layihələrin dəstəklənməsinə və reallaşdırılmasına da öz töhfəsini verəcək. Sammit həmçinin müxtəlif ölkələrin İKT üzrə tanınmış şirkətləri ilə qarşılıqlı əməkdaşlıq imkanlarını da genişləndirəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR