Almaniyanın keçmiş iqtisadiyyat naziri, deputat Maykl Qlos: “Beynəlxalq hüquqa zidd olan Ramil Səfərovun ekstradisiyası yox, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsidir”

Almaniyanın keçmiş iqtisadiyyat naziri, deputat Maykl Qlos: “Beynəlxalq hüquqa zidd olan Ramil Səfərovun ekstradisiyası yox, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsidir”
# 13 sentyabr 2012 10:08 (UTC +04:00)
Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, Maykl Qlos qeyd edib ki, Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunun işğalının 20-ci ildönümündə Ermənistan hökumətinin və dünyadakı erməni diasporunun Almaniyanın dostu olan Macarıstana qarşı kütləvi çıxışları narahatedici amildir.

“Macarıstanın Ramil Səfərovun ekstradisiyası ilə Dağlıq Qarabağ münaqişəsini alovlandıra biləcəyi iddiaları tamamilə əsassız və həqiqətən qəbuledilməzdir.

Ermənistan irəli baxmaq, münaqişənin həllinin yeni proseslərinə təşəbbüs göstərmək, Dağlıq Qarabağ və ətraf yeddi rayonu Azərbaycana qaytarmaq və qaçqınların səfalətinə son qoymaq əvəzinə həssas olan danışıqlar prosesini təhlükə altına alır.

Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanımaqda davam edir. Həm Almaniyanın, həm də Avropa Birliyinin mövqeyi belədir ki, Dağlıq Qarabağ münaqişəsinin davamlı həllinə yalnız sülh yolu ilə müvəffəq olunmalıdır. Odur ki, beynəlxalq hüquqa zidd olan Ramil Səfərovun ekstradisiyası deyil, Ermənistan tərəfindən Azərbaycan Respublikasının ərazisinin hərbi yolla işğalıdır. Bu fikir 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən də təsdiqlənib”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR