Ərdoğan və Davudoğlu Azərbaycana gəlirlər

Ərdoğan və Davudoğlu Azərbaycana gəlirlər
# 12 oktyabr 2012 16:53 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Azərbaycanda keçiriləcək 12-ci Sammitinə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da qatılacaq. APA-nın məlumatına görə, o, Bakıya oktyabrın 16-da gələcək.

Oktyabrın 15-də isə bu ölkənin xarici işlər naziri Əhməd Davudoğlu Samit çərçivəsində keçiriləcək Nazirlər Şurasına qatılmaq üçün Azərbaycana gələcək.

İƏT-in Nazirlər Şurasının toplantısına ilk dəfə olaraq Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri də dəvət edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR