Axtarışda olan Mingəçevir sakini tutulub

Axtarışda olan Mingəçevir sakini tutulub
# 26 may 2012 08:16 (UTC +04:00)
Şəki. Vüqar Heydərov - APA. Axtarışda olan Mingəçevir sakini həbs edilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki şəhər-rayon Polis Şöbəsinin (ŞRPŞ) əməliyyat işləri üzrə rəis müavini Şaiq Əliyev məlumat verib.

Ş. Əliyevin sözlərinə görə, bir qrup şəxs Şəki rayon ərazisində mal-qara oğurluğu ilə məşğul olub. Bu ilin əvvəlində keçirilmiş tədbir nəticəsində Mingəçevir şəhər sakini, 1985-ci il təvəllüdlü, Allahverdiyev Ramiz Ramazan oğlu istisna olmaqla, dəstə digər üzvləri həbs edilib.

R. Allahverdiyev istintaqdan yayınaraq gizlənib, onun barəsində isə Şəki ŞRPŞ tərəfindən axtarış elan edilib. Şəki ŞRPŞ-nın əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ramiz Allahverdiyev Mingəçevir şəhər ərazisində tutularaq, istintaqa təhvil edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR