Bu gün Azərbaycanda Milli Teatr Günü qeyd olunur

Bu gün Azərbaycanda Milli Teatr Günü qeyd olunur
# 10 mart 2012 09:22 (UTC +04:00)
APA-nın məlumatına görə, əsası 1873-cü ilin mart ayında Mirzə Fətəli Axundovun "Lənkəran xanının vəziri" tamaşası ilə qoyulan Azərbaycan teatrı bu illər ərzində çox çətin yollar keçib. Azərbaycan dramaturgiyasının inkişafında son dərəcə mühüm rol oynayan, mədəni quruculuq sahəsində, eləcə də, teatr sənətinin təşəkkülündə böyük xidmətlər göstərən N. Vəzirov, Ə. Haqverdiyev, C. Məmmədquluzadə, S. S. Axundov kimi realist-demokrat yazıçıların fəaliyyəti, N. Nərimanov, Ü. Hacıbəyov, M. Maqomayev, C. Cabbarlının və başqa görkəmli ədəbiyyat və incəsənət xadimlərinin, aktyor və rejissorların mətbuatda çıxışları teatrın inkişaf prinsiplərinin, milli və dünya dramaturqlarının klassik irsinə düzgün münasibətin müəyyənləşməsində mühüm rol oynayıb.1970-ci illərdə Azərbaycanda, bütün sahələrdə olduğu kimi, teatr sahəsində də intibah yaranıb. Teatr yarandığı zamandan etibarən hər onilliyi fəaliyyəti dövründə yaddaqalan olub. Sənətkarlara fəxri adların verilməsi, yeni tamaşalar, qastrol səfərləri və digər uğurlar Azərbaycan milli teatrının məşhurluğunu artırıb. Dünyanın, demək olar ki, bütün teatr səhnələrində Azərbaycan teatrlarının hazırladıqları tamaşalar oynanılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR