Ombudsman Aparatının əməkdaşları Quba hadisələrinə görə həbs olunan şəxslərlə görüşüblər

Ombudsman Aparatının əməkdaşları Quba hadisələrinə görə həbs olunan şəxslərlə görüşüblər
# 30 aprel 2012 13:09 (UTC +04:00)
Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, həmin şəxslərdən Zaur Quliyev istintaq təcridxanasında saxlanma şəraitindən və müəssisə əməkdaşlarının ona qarşı rəftarından narazılıq etməsə də, ilkin tutulma zamanı psixoloji təzyiqə məruz qaldığını və səhhətində (mədəsində) problemlərin olduğunu bildirib.

Habelə Vüqar Qonaqov, Mənsur Yolçuyev, Cavid Hacıyev, Əlizadə Əliyev və digərləri ilə görüş zamanı onlar müəssisədəki şəraitdən və rəftardan şikayət etməyiblər.

Yekunda müəssisə rəhbərliyinə və BİT-in tibb hissəsinin həkimlərinə müvafiq tövsiyələr verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR