«Google Maps»də Bakının Neftçilər prospekti erməni dilində göstərilib - FOTO

«Google Maps»də Bakının Neftçilər prospekti erməni dilində göstərilib - <font color=red>FOTO</font>
# 30 aprel 2012 13:15 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə IKT İnformasiya Mərkəzindən bildirilib.

Mərkəzdən verilən məlumata görə, qeyd edilən fakt Ermənistanın təcavüzü nəticəsində müharibə şəraitində yaşayan Azərbaycana qarşı informasiya provokasiyası kimi də qəbul etmək olar: «Elektron kartoqrafiya sahəsində dünya lideri olan «Google» şirkətinin müstəqil Azərbaycana qarşı bu cür münasibəti qəbuledilməzdir. Qeyd etmək lazımdır ki, «Google Maps»də Ermənistanın işğal etdiyi ərazilərin təsvirlərində rəsmi Azərbaycan adlarının deyil, məhz erməni dilli topoqraf adlarının istifadəsi halı dəfələrlə qeyd edilib. Azərbaycanın müvafiq dövlət qurumları və ictimaiyyət birgə səy göstərərək, Azərbaycan ərazisində yerləşən coğrafi və tarixi adların dəyişdirilməsi hallarının qarşısını qətiyyətlə almalıdır».

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun «APA-Economics»ə verdiyi məlumata görə, nazirliyin bu barədə xəbəri var: «Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu nöqsanın aradan qaldırması üçün «Google» şirkətinə və Azərbaycan Xarici İşlər Nazirliyinə artıq müraciət edib. Düşünürəm ki, yaxın bir vaxt ərzində bu nöqsan aradan qaldırılacaq».

M.Əmirov onu da bildirib ki, ümumiyyətlə, bu cür hal birinci dəfə baş vermir: “Hər dəfə Azərbaycan analoji situasiya ilə rastlaşanda müvafiq qurumlara müraciət edir və nöqsan aradan qaldırılır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR