Səbinə Babayeva Türkiyə və Norveçin “Eurovision” təmsilçiləri ilə görüşüb – FOTOSESSİYA

Səbinə Babayeva Türkiyə və Norveçin “Eurovision” təmsilçiləri ilə görüşüb – <font color=red>FOTOSESSİYA</font>
# 19 may 2012 12:25 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycanın «Eurovision 2012» mahnı müsabiqəsinin təmsilçisi Səbinə Babayeva Türkiyə təmsilçisi Can Bonomo və Norveç təmsilçisi Tooji ilə görüşüb. APA-nın məlumatına görə, Səbinə Babayeva Türkiyə təmsilçisi Can Bonomonun şərəfinə düzənlənən mərasimdə iştirak edib. Türkiyənin Azərbaycandakı Səfirliyi tərəfindən keçirilən mərasimdə bütün qonaqları səfir Hulusi Kılıç qarşılayıb. Səbinə dost münasibətlərində olduğu Türkiyə təmsilçisi Can Bonomo ilə Bakıda görüşməkdən şad olduğunu deyib. Görüş zamanı Can və Səbinə bir-birləri ilə söhbət edib, müsabiqə öncəsi bir-birlərinə uğurlar diləyiblər. Mərasimdə Azərbaycanı ötən illərdə təmsil edən Safura Əlizadə, müsabiqənin qalibləri Ell&Nikki iştirak ediblər.

Eyni zamanda təmsilçimiz Norveçdən olan Toojiyə səhnədəcə Ələddinin “sehrli çırağı”nı hədiyyə edib. Təmsilçimiz Norveçin Konstitusiya Günü münasibəti ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında açıq hava altında keçirilən mərasimə qatılıb. Bu tədbirdə S.Babayeva «When the Music Dies» müsabiqə mahnısını ifa edib. Təmsilçimiz Norveçin Azərbaycandakı səfirinə iki ölkə arasındakı dostluğu tərənnüm edən xalça hədiyyə edib. Sonra Səbinə səhnəyə Toojini dəvət edib və təmsilçilər səhnədəcə söhbətləşiblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR