Böyük Britaniyada qara dərili gənclər arasında işsizlik səviyyəsi iki dəfə artıb

Böyük Britaniyada qara dərili gənclər arasında işsizlik səviyyəsi iki dəfə artıb
# 12 mart 2012 13:26 (UTC +04:00)
Bakı - APA-Economics. Böyük Britaniyanın qara dərili gəncləri arasında işsizlik səviyyəsi son 4 il ərzində iki dəfə artıb və 50%-ə yaxınlaşmaq üzrədir. “APA-Economics”in “The Telegraph”a istinadən xəbərinə görə, bu barədə Böyük Britaniya Milli Statistika İdarəsinin açıqlamasında bildirilir.

Əmək qabiliyyətli əhali arasında 24-35 yaşlı işsiz qaradərili gənclərin payı 2008-ci ilin sonundan bəri 28,8%-dən 47,4%-ə yüksəlib. İşsiz kişilərin sayı qadınlardan daha çoxdur.

Eyni yaş qrupunda ağdərili işsiz gənclərin payı 5%-dən bir qədər çox artaraq, 15%-dən 20,8%-ə yüksəlib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR