Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisinin Azərbaycana səfər proqramı açıqlanıb

Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisinin Azərbaycana səfər proqramı açıqlanıb
# 06 fevral 2012 13:20 (UTC +04:00)
APA-nın Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən verdiyi məlumata görə, səfər fevralın 9-dək davam edəcək.

Səfər Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin dəvəti ilə gerçəkləşir. Səfər çərçivəsində N. Özəlin Azərbaycanda bir sıra görüşləri planlaşdırılır.

N. Özəlin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 7-də Fəxri Xiyabanını, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edəcək, həmçinin Müdafiə Nazirliyində olacaq.

Səfər çərçivəsində N. Özəlin Azərbaycanın hərbi qurumlarının rəhbərləri ilə, həmçinin Azərbaycan prezidenti və baş naziri ilə görüşləri planlaşdırılır.

Qeyd edək ki, bu, ordu generalı N. Özəlin Baş Qərargah rəisi vəzifəsində Azərbaycana ilk səfəridir. Bundan əvvəl, o, 2011-ci ilin yanvar ayında, Türkiyə Jandarma Qüvvələrinin baş komandanı olarkən Bakıya səfər etmişdi.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR