«Əl-Qaidə» lideri müsəlmanları ABŞ və İsrailə qarşı cihada çağırıb

«Əl-Qaidə» lideri müsəlmanları ABŞ və İsrailə qarşı cihada çağırıb
# 13 oktyabr 2012 20:50 (UTC +04:00)
Bakı-APA. «Əl-Qaidə» terror şəbəkəsinin başçısı Ayman əz-Zəvahiri «Müsəlmanların məsumluğu» filminə görə, müsəlmanları ABŞ və İsrailə qarşı cihada çağırıb.

«ABŞ bu filmi çəkməyə ifadə azadlığı adı altında icazə verib. Lakin bu azadlıq onlara müsəlman məhbuslara işgəncə verməyə imkan verir», deyə o bildirib.

«Əl-Qaidə» lideri bu ilin sentyabrında ABŞ-ın Qahirədəki səfirliyinə və Benqazidəki konsulluğuna hücum etmiş şəxsləri tərifləyib.

Xatırladaq ki, «Müsəlmanların məsumluğu» filminin əleyhinə olaraq Benqazidəki ABŞ səfirliyinə edilmiş hücum zamanı bir neçə nəfər, o cümlədən ABŞ-ın bu ölkədəki səfiri Kristofer Stivens həlak olmuşdu.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR