Rusiya təmsilçiləri «Eurovision-2012» səhnəsinə dekorativ soba ilə çıxacaqlar

Rusiya təmsilçiləri «Eurovision-2012» səhnəsinə dekorativ soba ilə çıxacaqlar
# 26 mart 2012 14:42 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Rusiyanı 57-ci «Eurovision» müsabiqəsində təmsil edəcək «Buranovskiye babuşki» qrupunun Bakıdakı çıxış üçün xüsust şou hazırlayıb. APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Rusiya qrupunun Bakı səhnəsinə dekorativ soba ilə çıxacağı məlum olub. Baxmayaraq ki, bu soba dekorativ xarakteri daşıyacaq, nənələr «Eurovision-2012» ərəfəsində bütün təmsilçiləri öz bişirdikləri piroqa qonaq etmək niyyətindədirlər. Bununla qrup üzvləri rus qonaqpərvərliyini nümayiş etdirmək fikrindədirlər.

Bununla yanaşı bildirilir ki, artıq rusiyalı nənələrin Bakı şousu və səhnəyə hansı geyimlərdə çıxacağı ilə də bağlı son qərara gəlinib. Bakıdakı şouda Rusiya təmsilçiləri səhnəyə qeyri-adi və bahalı səhnə geyimlərində deyil, öz milli geyimlərində çıxacaqları açıqlanıb. Eləcə də «Buranovskiye babuşki» səhnə geyimlərində bahalı zinət əşyalarından və aksessuarlardan deyil, qədim əşyalardan və baş örtüklərindən istifadə edəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR