Keniyada neft aşkar olunub

Keniyada neft aşkar olunub
# 26 mart 2012 17:42 (UTC +04:00)
Bakı-APA. Britaniyanın Tullow Oil neft hasilatı şirkəti Keniyanın şimal-qərbindəki Turkan bölgəsində neft-qaz ehtiyatları aşkar etdiyini bəyan edib. Afrikanın bu ölkəsində neft ilk dəfədir ki, aşkar olunur.

Nayrobidə keçirdiyi mətbuat konfransında bu ölkənin prezidenti Mvai Kibaki yatağın tapılmasını «ölkə üçün gözəl xəbər» adlandırıb.

Keniyanın qonşuları olan Uqanda və Cənubi Sudan böyük neft ehtiyatlarına malikdirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR