Polşa Azərbaycan neftinin Odessa-Brodı kəməri ilə nəqli şərtini açıqlayıb

Polşa Azərbaycan neftinin Odessa-Brodı kəməri ilə nəqli şərtini açıqlayıb
# 25 aprel 2012 11:14 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, rəsmi Varşava neft kəmərinin Ukraynanın Brodı şəhərindən Polşanın Plotsk şəhərinə qədər uzadılmasını perspektivli sayaraq, kəmərlə Azərbaycan neftinin də nəqlini istədiklərini bildirib.

Qeyd edək ki, indiyədək Ukrayna və Azərbaycan bu layihədə iştirak etməyə hazır olduqlarını bəyan ediblər.

Odessa-Brodı neft kəmərinin daxil olduğu “Dostluq” kəmərinin Polşa hissəsini idarə edən şirkətin rəhbəri Marçin Moskaleviç Odessa və Plotsk şəhərlərini birləşdirən kəmərin tikintisini perspektivli hesab edir. Onun sözlərinə görə, Polşa tərəfi kəmərlə ildə 10 mln. ton Azərbaycan neftinin nəqlinə dair təminat istəyir: “Azərbaycan tərəfinin vədlərinə baxmayaraq, təəssüflə qeyd etməliyəm ki, indiyədək bu həcmdə neftin nəqlinə dair bircə sənəd də imzalanmayıb”.

Qeyd edək ki, 2004-cü ilin iyul ayında Ukraynanın «Ukrtransnafta» və Polşanın «Przyjazn» şirkəti «Sarmatiya» Boru Kəməri Şirkətinin təsis edilməsinə dair sənədlər imzalayıb. Yeni şirkət 490 km uzunluğu olan Brodı-Plotsk neft kəmərinin inşası layihəsinin icrası ilə məşğul olacaq. Odessadan başlayan bu kəmər sonrakı mərhələdə Şimali Polşanın Qdansk şəhərinə kimi uzadılacaq. Layihədə iştirak edən 4 şirkətin «Sarmatiya»da iştirak payı («Przyjazn», «Ukrtransnafta», ARDNŞ, Gürcüstan Milli Neft Korporasiyası) 24,75%, Litvanın «Klaipedos Nafta» şirkətinin payı isə 1% təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR