Azərbaycan qazının Yunanıstana nəqli dayandırılıb

Azərbaycan qazının Yunanıstana nəqli dayandırılıb
# 07 fevral 2012 14:50 (UTC +04:00)
APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, buna səbəb Azərbaycanın “Şahdəniz” platformasından qaz nəqlinin texniki problemlərlə əlaqədar dayandırılmasıdır.

Qeyd edək ki, “Şahdəniz” layihəsinin operatoru olan “BP-Azerbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı bildirib ki, dünən - fevralın 6-da saat 16:00-dan yataqdakı platformanın elektrik enerjisi ilə təchizatı sistemində əvvəlcədən planlaşdırılmış profilaktik işlər aparılır. Həmin işlər zamanı platformanın avtomatik dayandırılması sistemi işə düşüb və nəticədə platformadakı bütün əməliyyatlar dayandırılıb: “Platformanın avtomatik dayandırılması sistemi burada baş verən istənilən dəyişikliyə həssas reaksiya verir. Hazırda həm platformadakı əməliyyatların bərpa olunması, həm də elektrik təchizatı sistemindəki profilaktik işlər davam etdirilir. Planlaşdırırıq ki, bu işlər başa çatan kimi platformada hasilat bərpa olunacaq. Bu işlərin isə bu gün axşam başa çatması planlaşdırılır”.

Xatırladaq ki, “Şahdəniz” platformasının gündəlik hasilat gücü 25 mln. kubmetr təbii qaz təşkil edir. Yunanıstan hər il Türkiyə vasitəsilə Azərbaycandan 800 mlrd. kubmetr qaz alır. Türkiyə isə İrandan ildə 10 mlrd. kubmetr, Azərbaycandan isə 6,: mlrd. kubmetr qaz idxal edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR