İran dünyanın ən böyük neft tankerini alıb

İran dünyanın ən böyük neft tankerini alıb
# 16 aprel 2012 15:29 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İran dünyanın ən böyük neft tankerini alıb. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə Fulatkare Neft Şirkətinin baş direktoru Məhəmməd Zirkeçiyanzadə açıqlama verib.

O bildirib ki, İranın satın aldığı FSU adlı tanker 2.2 milyon barel neft daşıya bilir: “Dünyanın ən böyük neft tankeri bir neçə gün ərzində Fars körfəzinə gətiriləcək və körfəzin Behreqan bölgəsində saxlanılacaq. Bir neçə həftə sonra tankerdə müəyyən işlər görüləcək”.

Qeyd edək ki, İran Çindən 12 neft tankeri alıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR