Sel suları Lənkəran-Lerik magistral yolunda nəqliyyatın hərəkətində çətinliklər yaradıb
21 avqust 2012 13:53 (UTC +04:00)
Lerik Rayon 43 saylı Yol İstismar İdarəsinin rəisi Elxan Əliyevin APA-nın cənub bürosuna verdiyi məlumata görə, intensiv yağışlar dağ çaylarında suyun artmasına və daşqınlara səbəb olub.
Lənkəran-Lerik şose yolunda torpaq uçqunu baş verib, nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Avqustun 21-də səhər saat 7.00 radələrindən yolun 17, 23, 35, 37, 41 və 43-cü kilometrliklərində torpaq uçqunları nəticəsində maşınların hərəkətində fasilələr meydana gəlib.
Lerik Rayon 43 saylı Yol İstismar İdarəsinin qəza briqadasının və ağır texnikanın gördüyü tədbirlər nəticəsində nəqliyyatın hərəkəti bərpa olunub.
Hazırda Lənkəran-Lerik yolunda təmir-bərpa işləri davam edir.