TürkPA nümayəndə heyəti MDB Parlament Assambleyasının 20 illiyinə həsr olunmuş xüsusi sessiyada iştirak edəcək

TürkPA nümayəndə heyəti MDB Parlament Assambleyasının 20 illiyinə həsr olunmuş xüsusi sessiyada iştirak edəcək
# 19 mart 2012 13:05 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Ramil Həsənovun başçılıq etdiyi nümayəndə heyəti martın 26-dan 28-dək Qazaxıstanın Almatı şəhərində MDB Parlament Assambleyasının 20 illiyinə həsr olunmuş xüsusi sessiyada iştirak edəcək. Bu barədə APA-ya TürkPA-nın katibliyindən məlumat verilib.

Sessiyada MDB ölkələri və digər ölkələrin parlament sədrlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Sessiya çərçivəsində TürkPA baş katibinin təşkilatın fəaliyyətdə olan sədri, Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin, Qazaxıstan Parlamenti Senatının sədri Kayrat Mami və bir çox beynəlxalq təşkilatların nümayəndələri ilə görüşləri nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR