"Texnikabank"ın səhmdarlarının strukturu dəyişib

"Texnikabank"ın səhmdarlarının strukturu dəyişib
# 13 yanvar 2016 11:34 (UTC +04:00)

Bakı - APA-Economics. “Texnikabank” ASC-nin səhmdarlarının strukturunda dəyişikliklər baş verib.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, ən iri səhmdar 87,06%-lik paya sahib olan Əliyev Etibar Mahmud oğludur. Bankın digər səhmdarları 4,9%-lik paya sahib olan Dəmirov Allahverdi Huseyn oğlu və 8,04%-lik paya sahib olan Cabbarov Mirfalax Cabbar oğludur.

Bundan öncə bankın səhmdarları “Beaufort Investissements S.A.” şirkəti (78,4421%) və fiziki şəxslər (21,5579%) olub.

Qeyd edək ki, bankın nizamnamə kapitalı 75,1 mln. manat təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR