Azərbaycanda suyun istismarı zamanı balıqqoruyuculardan istifadə etməyənlər cəzalandırılacaq

Azərbaycanda suyun istismarı zamanı balıqqoruyuculardan istifadə etməyənlər cəzalandırılacaq
# 08 dekabr 2015 14:11 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycanda su obyektlərində suyun istismarı zamanı balıqların mühafizə edilməməsinə görə sərt cərimələr tətbiq olunur.

APA-nın məlumatına görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə yeni 111.1-1-ci maddənin əlavə olunması müzakirə edilib.

Maddəyə əsasən balıqçılıq su obyektlərində istismar edilən su təsərrüfatı obyektlərinin balıqqoruyucu qurğularla təchiz edilməməsinə görə fiziki şəxslər 1000 manat miqdarında, vəzifəli şəxslər 3 min manat miqdarında, hüquqi şəxslər isə 15 min manat miqdarında cərimə olunacaqlar.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR