Salyanda iki yük avtomobili toqquşub, xəsarət alanlar var

Salyanda iki yük avtomobili toqquşub, xəsarət alanlar var
# 14 oktyabr 2015 06:53 (UTC +04:00)

Salyan. Əlibəy Zeynallı - APA. Bu gün saat 06.30 radələrində Ələt-Astara magistralının Salyan rayonu ərazisində baş verən avtoqəzada sürücü ağır xəsarət alıb.

APA-nın məlumatına görə, yolun 14-cü kilometrliyində, Salyan rayonunun Xıdırlı kəndində Astara rayonu Kijəvə qəsəbə sakini, 1977-ci il təvəllüdlü Rəhmətov Seyran Səadət oğlunun idarə etdiyi “Mercedes Atego” markalı, 07 BF 778 dövlət nömrə nişanlı yük avtomobili ilə Rusiyanın Dağıstan vilayətinin vətəndaşı, 1978-ci il təvəllüdlü Abdullayev Vəlixan Maksurapes oğlunun idarə etdiyi “VOLVO” markalı, E 929 HX 05 dövlət nömrə nişanlı TIR toqquşub.

Nəticədə S. Rəhmətov ağır xəsarət alaraq, Bakı xəstəxanalarından birinə yerləşdirilib. Digər sürücü Salyan Mərkəzi Rayon Xəstəxanasında ambulator yardım alaraq buraxılıb. Hər iki avtomobil yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR