Rusiyada axtarışda şəxslər Azərbaycanda saxlanılıb

Rusiyada axtarışda şəxslər Azərbaycanda saxlanılıb
# 28 yanvar 2016 09:43 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Rusiyada axtarışda şəxslər Azərbaycanda saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsi (qəsdən sağlamlığa zərər vurma) ilə axtarışda olan Seymur Əsgərov tutulub. Baş Cinayət Axtarışı İdarəsi əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarışda olan Famil Cavadov yaxalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR