İstanbulda Türkiyə və Azərbaycan prezidentlərinin görüşü olub - YENİLƏNİB

İstanbulda Türkiyə və Azərbaycan prezidentlərinin görüşü olub - <span style="color: red;">YENİLƏNİB
# 13 aprel 2016 19:06 (UTC +04:00)

Bakı-APA. Aprelin 13-də İstanbulda Azərbaycan prezidenti İlham Əliyevin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub.

APA-nın məlumatına görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişafı məmnunluqla vurğulanıb.

Strateji əməkdaşlığın bundan sonra da bütün sahələrdə genişlənəcəyinə əminlik ifadə olunub. İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitinin münasibətlərimizin dərinləşdirilməsi baxımından önəmi diqqətə çatdırılıb. Yüksək səviyyəli görüşlərin əlaqələrimizin möhkəmləndirilməsində rolu, ölkələrimizin energetika və digər sahələrdə qlobal layihələrdə əməkdaşlığının önəmi qeyd edilib.

Söhbət zamanı Dağlıq Qarabağda cəbhə xəttində baş verən son hadisələr və hazırkı vəziyyət müzakirə olunub. İkitərəfli və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

Bakı-APA. İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan prezidenti İlham Əliyev arasında görüş olub.

APA-nın Türkiyə prezidentinin saytına istinadən verdiyi məlumata görə, İslam Əməkdaşlıq Təşkilatının XIII Sammiti ərəfəsində Türkiyə prezidenti görüşlər keçirir.

Görüş Ulduz Sarayı Mabeyn İqamətgahında baş tutub. Qeyd edək ki, Azərbaycan prezisenti İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitində iştirak etmək üçün Türkiyə Respublikasına işgüzar səfərə gedib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR