BMT-nin xüsusi elçisi Səudiyyə Ərəbistanı və İrana yollanıb

BMT-nin xüsusi elçisi Səudiyyə Ərəbistanı və İrana yollanıb
# 04 yanvar 2016 18:39 (UTC +04:00)

Bakı-APA. BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura Səudiyyə Ərəbistanı və İrana yollanıb.

APA-nın AFP agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

Onun sözlərinə görə, S. de Mistura əvvəl Ər-Rİyadda, sonra isə Tehranda danışıqlar aparacaq.

“Səfərin məqsədi iki ölkə arasında yaranmış gərginliyi azaltmaqdır”, deyə S.Düjarrik qeyd edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı İranla bütün diplomatik əlaqələrini kəsib. İran parlamenti isə şiə din xadimi Nimr ən-Nimrin Səudiyyə Ərəbistanında edam olunması ilə əlaqədar Xarici İşlər Nazirliyini rəsmi Ər-Riyadla əlaqələri kəsməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR