Bakıda beton qarışdıran maşın minik avtomobili ilə toqquşub

Bakıda beton qarışdıran maşın minik avtomobili ilə toqquşub
# 02 mart 2016 03:34 (UTC +04:00)

Bakı. Fərahim Qasımov. Bakının Yasamal rayonunda yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Salamzadə küçəsində qeydə alınıb.

"Volkswagen" markalı avtomobil beton qarışdıran maşına çırpılıb. Nəticədə minik avtomobilinin sürücüsü idarəetməni itirib. Avtomobil hərəkət istiqamətini dəyişərək yol ayrıcına çırpılıb. Qəza zamanı xəsarət alan olmayıb. Hadisə yerinə Dövlət Yol Polisinin (DYP) əməkdaşları gəliblər.

Araşdırmalar zamanı məlum olub ki, "Volkswagen" beton qarışdıran maşını sağdan ötmək istəyib və bu zaman toqquşma baş verib. Avtomobillər cərimə meydançasına aparılıb. Faktla əlaqədar avtotexniki ekspertiza təyin edilib. Araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR