Rusiya XIN Suriyada S-300 raket komplekslərinin yerləşdirilməsinin səbəbini açıqlayıb

Rusiya XIN Suriyada S-300 raket komplekslərinin yerləşdirilməsinin səbəbini açıqlayıb
# 07 oktyabr 2016 20:55 (UTC +04:00)

Bakı-APA. Rəsmi Moskva Suriyada S-300 raket komplekslərinin yerləşdirilməsi barədə qərarı ABŞ-ın ölkənin hava limanlarını qanadlı raketlərlə bombardman etmək niyyətində olmasına görə verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-i məlumat verib.

Bundan əvvəl Rusiya müdafiə nazirliyinin nümayəndəsi İqor Konaşenkov bildirib ki, Hmeymim və Tartusda yerləşdiriləcək S-300 raket kompleksləri hərbçilərin təhlükəsizliyini təmin edəcək və tanınmayan hədəfləri vurmaq iqtidarında olacaq.

Pentaqonun məlumatında isə bildirilir ki, ABŞ Rusiyanın Suriyada S-300 raket komplekslərinin yerləşdirilməsi ilə bağlı qərarına cavab tədbirləri görəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR