Bakıda qadın özünü 16-cı mərtəbədən ataraq intihar edib

Bakıda qadın özünü 16-cı mərtəbədən ataraq intihar edib
# 01 avqust 2016 12:18 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda dəhşətli intihar hadisəsi baş verib.

Nəsimi rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə iyulun 29-da rayonun Hidayətzadə küçəsi ev 49/51, mənzil 31 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1978-ci il təvəllüdlü Tamilla Tofiq qızı Mustafayeva yaşadığı 18 mərtəbəli binanın 16-cı mərtəbəsindən özünü atıb. O, aldığı xəsarətdən hadisə yerində keçinib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR