ABŞ-da universitet yaxınlığında atəş nəticəsində ölən və yaralananların sayı açıqlanıb

ABŞ-da universitet yaxınlığında atəş nəticəsində ölən və yaralananların sayı açıqlanıb
# 25 sentyabr 2016 17:26 (UTC +04:00)

Bakı-APA. ABŞ polisi bu gün İllinoys ştatında İllinoys Universitetinin şəhərciyi yaxınlığında naməlum şəxsin açdığı atəş nəticəsində 1 nəfərin öldüyünü, 3 nəfərin yaralandığını təsdiq edib.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Yaralıların durumu orta ağırdır. Bir nəfər isə atəş açılan yerdən qaçarkən avtomobilə çırpılıb, yüngül xəsarət alıb.

Cinayətkarın saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam edir.

Qeyd edək ki, bundan öncə Massaçusets ştatındakı Boston şəhərində Emerson kollecinin yerləşdiyi Tremon-Strit küçəsində Asiya və Latın Amerika əsilli iki şəxs insanlara bıçaqla hücum edib və 6 nəfəri yaralayıb

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR