Qubada 68 yaşlı qadını maşın vuraraq öldürüb

Qubada 68 yaşlı qadını maşın vuraraq öldürüb
# 13 fevral 2016 07:46 (UTC +04:00)

Quba. Vəli Turan - APA. Bu gün səhər saatlarında Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. “QazEL” markalı yük maşını 1948-ci il təvəllüdlü Məmmədova Gülçəmən Mövlüdşah qızını vurub. Qəza nəticəsində xəsarət alan 68 yaşlı piyada dünyasını dəyişib.

Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR