Heydər Əliyev sarayında Zəlimxan Yaqubun xatirəsinə həsr olunmuş gecə keçiriləcək

Heydər Əliyev sarayında Zəlimxan Yaqubun xatirəsinə həsr olunmuş gecə keçiriləcək
# 27 fevral 2016 14:56 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Martın 3-də Heydər Əliyev sarayında Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə xalq şairi Zəlimxan Yaqubun xatirəsinə həsr olunmuş ədəbi-bədii gecə keçiriləcək.

Azərbaycan Aşıqlar Birliyinin katibi, əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun APA-ya verdiyi məlumata görə, tanınmış incəsənət ustalarının qatılacağı tədbirdə xalq şairinin sözlərinə bəstələnmiş mahnılar səsləndiriləcək, Azərbaycanın tanınmış aşıqları ilə yanaşı Türkiyə və İrandan gəlmiş aşıqlar şairin sözlərini oxuyacaqlar.

Tamaşaçılar eyni zamanda şairin şeirlərini tanınmış aktyorların ifasında dinləyəcək, eləcə də, özünün ifasında audio və videolentlərdən dinləmək imkanı əldə edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR