Bakıda mağazalardan “Milli Ön” aparatları oğurlayan şəxslər saxlanılıb

Bakıda mağazalardan “Milli Ön” aparatları oğurlayan şəxslər saxlanılıb
# 09 aprel 2016 11:59 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda mağazalardan “Milli Ön” aparatları oğurlayan şəxslər saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Binəqədi rayon 40-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il fevralın 22-dən martın 14-dək olan müddətdə Əlvan Şükürova və Oqtay Məmmədova məxsus mağazalarda quraşdırılmış 3 ədəd “Milli Ön” ödəmə terminalını oğurlamış Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Elşən Hüseynov və İmran Hüseynov tutulublar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR