Nəriman Həsənzadə AYB Ağsaqqallar Şurasının sədri seçilib

Nəriman Həsənzadə AYB Ağsaqqallar Şurasının sədri seçilib
# 14 mart 2016 12:29 (UTC +04:00)

Bakı-APA. Martın 14-də Azərbaycan Yazıçılar Birliyi Katibliyinin növbəti toplantısı keçirilib.

AYB-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda bir sıra məsələlərlə yanaşı AYB Ağsaqqallar Şurasının sədri vəzifəsinə təyinat da müzakirə edilib. Xalq şairi Nəriman Həsənzadənin namizədliyi yekdilliklə qəbul edilib.

Xatırladaq ki, bundan öncə Ağsaqqallar Şurasının sədri mərhum xalq şairi Vaqif Səmədoğlu olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR