Zaqatalada qətlə yetirilən şəxsin kimliyi məlum olub - YENİLƏNİB - VİDEO

Zaqatalada qətlə yetirilən şəxsin kimliyi məlum olub - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 14 oktyabr 2015 21:50 (UTC +04:00)

Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində qətlə yetirilən məktəblinin Zaqatala şəhəri İmam Şamil küçəsində yaşayan, 1999-cu il təvəllüdlü İbrahim Ramin oğlu Əsədzadənin olduğu məlum olub.

Aparılan araşdırma zamanı məlum olub ki, Əsədzadəni Zaqatala şəhər sakini, 2001-ci il təvəllüdlü Murad Möhsüm oğlu Məmmədov qətlə yetirib. 14 yaşlı Murad Məmmədov tutularaq istintaqa təhvil verilib.

Hadisənin baş vermə səbəbləri Zaqatala rayon prokurorluğu tərəfindən araşdırılır.

***

21:55

Zaqatala. Vüqar Heydərov - APA. Zaqatalada məktəbli bıçaqlanaraq qətlə yetirilib.

APA-nın Şəki-Zaqatala bürosunun verdiyi məlumata görə, hadisə bu gün 21 radələrində Zaqatala şəhəri, Vidadi küçəsində qeydə alınıb.

Hələ ki adı və soyadı açıqlanmayan 15 yaşlı məktəbli naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yeniyetmə aldığı xəsarət nəticəsində hadisə yerində keçinib. Meyit müayinə olunmaq üçün Zaqatala mərkəzi rayon xəstəxanasına aparılıb.

Hazırda polis və prokurorluq əməkdaşları hadisə yerində araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR