ABŞ-da kollecdə baş vermiş atışma nəticəsində 10 nəfər ölüb, 7 nəfər yaralanıb - YENİLƏNİB-3 - FOTOSESSİYA - VİDEO

ABŞ-da kollecdə baş vermiş atışma nəticəsində 10 nəfər ölüb, 7 nəfər yaralanıb - <span style="color: red;">YENİLƏNİB-3  - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 02 oktyabr 2015 02:53 (UTC +04:00)

Bakı-APA. Oreqon ştatının Duqlas dairəsinin şerifi Con Xanlin mətbuat konfransında bildirib ki, Rezberq şəhəri yaxınlığındakı kollecdə baş vermiş atışma nəticəsində 10 nəfər ölüb, 7 nəfər isə yaralanıb.

Bundan əvvəl insident nəticəsində 15 nəfərin öldüyü, 20 nəfərin isə yaralandığı bildirilmişdi.

Silahlı hücumu törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları ilə atışma zamanı öldürülüb.

“Atəş açan şəxs barəsində və hadisənin motivlərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır”, deyə Con Xanlin bildirib.

***** 04.19

Bakı-APA. ABŞ –ın Oreqon ştatında kolleclərin birində atəş açan şəxs tələbələrdən mənsub olduqlarını deməyi tələb edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə News-Review nəşrinə insidentin şahidləri bildirib.

Qeyd edək ki, təhsil ocağına silahlı hücum edən təxminən 20 yaşlı şəxs öldürülüb.

İnsidentin 20 yaşlı şahidi olmuş Kortni Murun sözlərinə görə, o sinifdə olarkən kimsə çöldən atəş açaraq müəllimi başından yaraladı. Bundan sonra silahlı şəxs otağa daxil olaraq atəş açmazdan öncə hər bir tələbədən hansı dinə mənsub olduğunu deməyi tələb edib.

CNN telekanalının məlumatına görə, hadisə yerində silahlıya mənsub 4 tapança aşkarlayıb.

**** 23.49

Bakı-APA. ABŞ-ın Oreqon ştatında kolleclərin birində baş vermiş atışma nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb, 20 nəfər isə yaralanıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Reuters” məlumat yayıb.

Bundan əvvəl insident nəticəsində 10 nəfərin öldüyü, 20 nəfərin yaralandığı bildirilmişdi.

*** 23.35

Bakı-APA. ABŞ-ın Oreqon ştatında kolleclərin birində baş vermiş atışma nəticəsində 10 nəfər ölüb, 20 nəfər yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə CNN telekanalı məlumat yayıb.

İnsident Rozberq şəhəri yaxınlığında yerləşən kollecdə baş verib.

Yerli Q13 FOX telekanalının məlumatına görə, atəş açan şəxs öldürülüb.

Hadisənin təfərrüatları barədə hələlik məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR