Türkiyə baş naziri və Almaniya kansleri arasında telefon danışığı olub

Türkiyə baş naziri və Almaniya kansleri arasında telefon danışığı olub
# 27 noyabr 2015 23:38 (UTC +04:00)

Bakı-APA. Türkiyənin baş naziri Əhməd Davudoğlu və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bağlantı Almaniyanın təşəbbüsü ilə gerçəkləşib.

Tərəflər noyabrın 29-da keçiriləcək Türkiyə-Avropa İttifaqı sammiti və miqrant böhranı ilə əlaqədar fikir mübadiləsi aparıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR