Məşhur fransalı modelyer Jan-Klod Jitruanın Bakıda kolleksiyası nümayiş olunub

Məşhur fransalı modelyer Jan-Klod Jitruanın Bakıda kolleksiyası nümayiş olunub
# 25 may 2016 12:21 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Fransa səfirliyində fransız modelyer Jan-Klod Jitrua ilə görüş keçirilib.

APA-nın xəbərinə görə, görüş Fransa səfirliyi və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin birgə əməkdaşlığına uyğun keçirilən “Azerbaijan Fashion Week” çərçivəsində baş tutub.

Görüşdə çıxış edən Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez bildirib ki, belə bir tədbirin keçirilməsi çox önəmlidir: “Fransa moda sektorunda vacib ölkələrdən biridir. Fransada moda sahəsində təqribən minə yaxın şirkət var. Bu da 165 min iş yeri deməkdir. Fransanın moda sahəsindəki ixracı təqribən 7 milyard avro təşkil edir”.

Səfirin sözlərinə görə, Jan Kold- Jitruanın kolleksiyası təkcə siyasi xadimləri deyil, həm də idman, biznes aləminin nümayəndələrini cəlb edir: “Onların sırasında Elton Con, Lady Gaga, Monako kraliçası, Zidan kimi şəxsləri göstərmək olar”.

Daha sonra çıxış edən modelyer Jan-Klod Jitrua bildirib ki, mədəniyyət Fransa və Azərbaycan üçün ortaq üçün dəyərdir.

Modelyer Bakıda olduğu müddətdə azərbaycanlı modelyerlərlə də tanış olduğunu bildirib: “Dəb insanın öz özünüifadə tərzidir. Sabah axşam hamınızı kolleksiyamın nümayişinə dəvət edirəm”.

Daha sonra modelyerin kolleksiyasının birinci hissəsinin nümayişi keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR