Hindistanda məbəddə yanğın nəticəsində 80 zəvvar ölüb, 250 bəfər yaralanıb - YENİLƏNİB

Hindistanda məbəddə yanğın nəticəsində 80 zəvvar ölüb, 250 bəfər yaralanıb - <span style="color: red;">YENİLƏNİB
# 10 aprel 2016 05:18 (UTC +04:00)

Bakı-APA. Hindistanın Kerala ştatında məbəddə baş vermiş güclü yanğın nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 250-dək zəvvar xəsarət alıb.

**** 06.18

Bakı-APA. Hindistanın Kerala ştatında yerləşən məbəddə baş vermiş güclü yanğın nəticəsində 77 zəvvar ölüb, azı 200 nəfər yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “India Today” nəşri məlumat yayıb.

Məlumata görə, yanğın Kollam şəhərində yerləşən məbəddə yerli vaxtla 03.30-da (Bakı vaxtı ilə 02.30-da) baş verib.

İlkin məlumata görə, yanğına səbəb dini ayinlərin keçirilməsi zamanı fişənglərin partladılması olub.

Yerli mətbuat hadisə nəticəsində məbədin tamamilə uçduğunu qeyd edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR