Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 16 May

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 16 May
# 16 may 2016 18:10 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Türkiyə ilə Rusiya arasında növbəti gərginlik yaşanır. Prosesin adı “balqabaq gərginliyi”dir”. Mahiyyət ilk baxışdan çox sadədir - Türkiyədən idxal olunan balqabaqlarda təhlükəli xəstəlik aşkarlanıb və Rusiya bu təhlükənin qarşısını önləmək üçün “daha türklərdən balqabaq almayaq” qərarı çıxarıblar. İlk baxışda qəribə heç nə yoxdur, hər dövlətin başına gələn bir işdir. Qəribə olan balqabağın idxalına indi qadağa qoyulmasıdır. Ruslar “Su-25” vaqiəsində belə balqabağa toxunulmazlıq hüququ tanımış, onun adını idxalına qadağan olunan məhsullar siyahısına salmamışdılar. Balqabağa olunan bu hörmət ta günümüzə qədər davam edirdi. Bəs Rusiyanın türk xiyarında, pomidorunda tapdığı “xəstəliyi” birdən-birə balqabaqda tapmasının səbəbi nə idi? Səbəbin adı Alparslan Çelikdir, rus pilotunu qətlə yetirməkdə ittiham olunan səhra komandiri. Alparslan Çelik İzmirdə həbs olunan zaman Rusiya onun təhvil veriləcəyini güman edir, hətta media vasitəsilə səhra komandiri təhvil verilərsə, münasibətlərdə normallaşma prosesinin başlayacağına işarə vururdu. Amma gün keçdi, ay dolandı, məhkəmə Alparslan Çeliyi ittiham olunduğu maddələr üzrə günahkar bilməyərək azadlığa buraxdı. Və bundan sonra ruslar qəfil türk balqabağında xəstəlik tapdılar və balqabağın idxalına qadağa qoymaqla Türkiyə iqtisadiyyatına son dərəcə ciddi zərbə endirmiş oldular. Olan balqabağa oldu...

Vüqar MƏSİMOĞLU

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR