Ekologiya və təbii sərvətlər naziri Saatlıda vətəndaşları qəbul edib

Ekologiya və təbii sərvətlər naziri Saatlıda vətəndaşları qəbul edib
# 29 yanvar 2016 08:02 (UTC +04:00)

Saatlı. Əlibəy Zeynallı - APA. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Saatlı şəhərində vətəndaşları qəbul edib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, nazir rayon Gənclər Mərkəzində Saatlı, Sabirabad, Hacıqabul və Şirvan rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirib. Qəbulda ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, geologiya, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı vətəndaşların şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb.

Nazir şikayətlərin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun qısa müddət ərzində araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib. Eyni zamanda, vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınıb, qaldırılmış problemlərin əksəriyyəti yerindəcə həll olunub, digər müraciətlər araşdırılmaq üçün nəzarətə götürülüb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə əlaqədar müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR