Bakıda Azərbaycanın tranzit potensialının inkişaf perspektivləri müzakirə edilib - FOTOSESSİYA

Bakıda Azərbaycanın tranzit potensialının inkişaf perspektivləri müzakirə edilib - <span style="color: red;">FOTOSESSİYA
# 13 oktyabr 2015 15:06 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bakıda “Azərbaycan Respublikasının tranzit potensialının inkişaf perspektivləri” mövzusunda Beynəlxalq Konfrans keçirilib.

APA-Economics”in məlumatına görə, konfransda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Rusiya Dəmir Yolları” ASC-nin vitse-prezidenti Salman Babayev, “Qazaxıstan Dəmir Yolları” SC-nin prezidenti Askar Mamin, Ukrayna Dəmir Yollarının baş direktoru Aleksandr Zavqorodnıy, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev iştirak ediblər.

Konfransda Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi, o cümlədən dəhlizdə Rusiyanın rolu, Xəzər dənizinin Qərb sahili üzrə marşrutun üstünlükləri, konteyner daşımaları, Şərq-Qərb dəhlizi, nəqliyyat-logistika infrastrukturunun rolu və regional inkişafı və s. mövzular müzakirə olunub. Bununla yanaşı, konfrans iştirakçıları Qəzvin-Rəşt-Astara sahəsinin tikintisinin başa çatdırılmasını müzakirə ediblər.

Konfrans çərçivəsində Transxəzər Beynəlxalq nəqliyyat marşrutunun inkişafı üzrə Koordinasiya komitəsinin iclası keçirilib.

Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyi, o cümlədən qonaqlar Fəxri xiyabana gələrək Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, Şəhidlər xiyabanında "Əbədi məşəl" memorialı önünə əklil qoyublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR