Peskov: "Putinlə Xamneyi Suriyadakı vəziyyəti müzakirə ediblər"

Peskov: "Putinlə Xamneyi Suriyadakı vəziyyəti müzakirə ediblər"
# 23 noyabr 2015 15:53 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya prezidenti Vladimir Putinlə İranın ali lideri Əli Xamneyi arasında keçirilən görüşdə əsasən Suriyadakı vəziyyət müzakirə olunub.

APA-nın məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, görüşdə Moskva ilə Tehranın Suriya məsələsində vahid mövqedən çıxış etdiyinin qeyd olunduğunu bildirib: "Bildirib ki, Suriyada böhranın siyasi yolla həlli xaricdən diktə ilə mümkün deyil. Suriya xalqı özü bunu siyasi metodlarla həll etməlidir".

Qeyd edək ki, V. Putin Qaz İxrac Edən Ölkələrin III Sammitində iştirak etmək üçün Tehranda səfərdədir.

Onun İran prezidenti Həsən Ruhani ilə də görüşü planlaşdırılır.

Görüşlərin yekununda hökumətlər arasında xüsusi şəxslər üçün qarşılıqlı səfərlərin asanlaşdırılması və səhiyyə nazirlikləri arasında əməkdaşlığa dair sənədlər imzalanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR