Nazir: “2025-ci ildə əmək bazarında indiki ixtisasların 80 faizi olmayacaq”

Nazir: “2025-ci ildə əmək bazarında indiki ixtisasların 80 faizi olmayacaq”
# 20 aprel 2016 15:30 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Proqnozlara görə, 2025-ci ildə əmək bazarında bugünkü ixtisasların 80 faizi olmayacaq.

APA-nın xəbərinə görə, bunu deyən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, avtomatlaşdırıla bilən bütün ixtisasların azalması dünya iqtisadiyyatında müşahidə olunan trenddir.

Onun sözlərinə görə, yüksək texnoloji inkişaf və sürətli dəyişikliklər dövründə bir çox ixtisaslar hətta ləğv olunur.

"Əminəm ki, xarici biznes səfərlərə gedərkən səyahət agentliklərinin xidmətlərindən daha az istifadə edirsiniz. Çünki bütün bu kimi xidmətlər artıq elektronlaşıb və hər hansı vasitəçilərə ehtiyac qalmır. Burada sual olunur ki, təhsil sistemi hansı bacarıqları, peşələri öyrətməlidir ki, əmək bazarına çıxan məzun rəqabətli olsun. Onun uğurlu karyerasını, iqtisadi firavanlığını təmin edə bilsin. Biz öz təhsil sistemimizdə bu suala iki cavab formalaşdırırıq. Birincisi, çeviklik. Çeviklik təhsil sisteminə vermək istədiyimiz keyfiyyətdir. İkincisi, ömür boyu yeni bilikləri öyrənmək və öyrətməkdir. Bu, o demək deyil ki, ali məktəbi bitirən həkim və ya hüquqşünas öz sahəsi üzrə mütəxəssis olmamalıdır və öz diplomunu təsdiq etdirməməlidir. Bu, sadəcə olaraq, o deməkdir ki, daha geniş və açıq çağırışlarda biliklərin ömürboyu tətbiqi yuxarıda qeyd edilən iki amilin mövcudluğundan asılıdır", - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR