Çinli Xou İfan şahmat üzrə dünya çempionatının qalibi titulunu qazanıb

Çinli Xou İfan şahmat üzrə dünya çempionatının qalibi titulunu qazanıb
# 14 mart 2016 22:46 (UTC +04:00)

Bakı-APA. Çinli qrossmeyster Xou İfan ukraynalı Mariya Muzıçuku doqquzuncu partiyada məğlub edərək vaxtından əvvəl dünya çempionatının qalibi titulunu qazanıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, Lvovda keçirilən görüş Xou İfanın 6:3 hesablı inamlı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Xou İfan bundan əvvəl 2010-2012 və 2013-2015-ci illərdə dünya çempionu titulunu qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR