Cavid Qurbanov: "İqtisadi böhran Bakı-Tiflis-Qars dəmir yolunun tikintisinə problem yaratmayıb"

Cavid Qurbanov: "İqtisadi böhran Bakı-Tiflis-Qars dəmir yolunun tikintisinə problem yaratmayıb"
# 14 yanvar 2016 16:38 (UTC +04:00)

"APA-Economics"in məlumatına görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

“Dövlət başçısının sərəncamı ilə bu il Bakı-Tiflis-Qars dəmir yoluna maliyyə Dövlət Neft Fondundan ayrılıb. Orada 22-25 dərəcə şaxta olmasına baxmayaraq, həmvətənlərimiz tikinti işlərini davam etdirirlər”, - deyə o bildirib.

C. Qurbanov əlavə edib ki, Azərbaycan tərəfinin nəzarət etdiyi sahədə xırda işlər qalıb: “İşlərin 85 faizi artıq yekunlaşıb. Yanacaqla işləyən lokomotivlə o yolda hərəkəti təmin edə bilərik, yükləri daşıya bilərik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR