® Rabitəbank “SOCAR istiqrazları”nın satışı üzrə agent bank seçilib

<font color=red>® </font>Rabitəbank “SOCAR istiqrazları”nın satışı üzrə agent bank seçilib
# 23 sentyabr 2016 07:26 (UTC +04:00)

Rabitəbank sentyabrın 20-dən etibarən Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulan “SOCAR istiqrazları”nın satışını həyata keçirir!

Maraqlanan şəxslər Rabitəbank ASC-nin istənilən filiallarına yaxınlaşaraq ABŞ dolları ilə illik 5% olmaqla və 5 il müddətinə, hər 3 aydan bir faizlərin götürülməsi şərti ilə, “SOCAR istiqrazları”nı əldə edə bilərlər. Qeyd edək ki, bir istiqrazın nominal dəyəri 1000 ABŞ dollarıdır və istiqrazlardan əldə olunan gəlirdən heç bir vergi tutulmayacaq.

İstiqrazların satışı 10 oktyabr 2016-cı ilədək davam edəcək.

Xatırladaq ki, istiqrazlar, eləcədə bankın digər xidmətləri haqqında məlumat əldə etmək üçün 133 nömrəli məlumat mərkəzinə zəng edə bilərsiniz.

Bu gün Rabitəbank ölkənin iri bankları arasında mövqeyini qoruyub saxlamaqla yanaşı, 22 filial və 1 şöbədən ibarət filial şəbəkəsini yaradaraq, Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Gəncə, Şəmkir, Şirvan, Şəki, Naxçıvan, Şamaxı, Kürdəmir, Ağsu, Masallı və Ağcabədi daxil olmaqla ölkənin 14 regionunda təmsil olunmuşdur. Beynəlxalq maliyyə institutları ilə işgüzar əməkdaşlıq və böyük sayda müştəriləri bankın gələcəkdə də uğurlu inkişafı üçün möhkəm bünövrə yaratmışdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR