ABŞ-la Rusiya Suriyada atəşkəslə bağlı razılığa gələ bilməyib

ABŞ-la Rusiya Suriyada atəşkəslə bağlı razılığa gələ bilməyib
# 23 sentyabr 2016 09:21 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. “ABŞ-la Rusiya Suriyada atəşkəslə bağlı razılığa gələ bilməyib”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu ABŞ dövlət katibi Con Kerri bildirib.

"Biz, çıxıb bütün dünyaya deyə bilmirik ki, razılığa gəlmişik", - deyə o vurğulayıb.


Qeyd edək ki, dünən Nyu-Yorkda BMT Baş Assambleyasının 71-ci sessiyası çərçivəsində Suriya böhranı üzrə Beynəlxalq Qrupun görüşü keçirilib. Görüşdə Rusiya XİN başçısı Sergey Lavrov, Avropa İttifaqı nümayəndələri və Yaxın Şərq ölkələrinin yüksək vəzifəli diplomatları iştirak ediblər.

BMT-nin Suriya münaqişəsi üzrə xüsusi nümayəndəsi Stefan de Mistura keçirilən görüşü "uzun, ağrılı və məyusedici" adlandırıb. Onun sözlərinə görə, yaxın saatlar və günlər Suriyada sülh prosesi üçün olduqca böyük önəm daşıyır.


ABŞ dövlət katibi Con Kerri inamın bərpa olunması üçün aviazərbələrin dayandırılmasının vacib olduğunu söyləyib. Lavrov isə Kerriyə cavabında müxalifətin də döyüşü dayandırmalı olduğunu qeyd edib.

Xatırladaq ki, sentyabrın 9-də Cenevrədə Lavrovla Kerri arasında Suriyada atəşkəsin elan olunması ilə bağlı əldə olunmuş razılıq bir neçə gün sonra pozulub. Əvvəlcə ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriya qoşunlarına aviazərbə endirib, daha sonra isə BMT-nin humanitar karvanı Hələb şəhərində havadan atəşə tutulub. Rusiya XİN ABŞ-ı İŞİD-ə yardım etməkdə, rəsmi Vaşinqton isə BMT avtokarvanının bombalanmasında Moskva və Dəməşqi günahlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR