"Azər Türk Bank" ötən il aktivlərini kəskin artırıb

"Azər Türk Bank" ötən il aktivlərini kəskin artırıb
# 04 fevral 2016 08:56 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. "Azər Türk Bank”ın aktivlərinin həcmi 2016-cı il yanvarın 1-nə 671,882 mln. manat təşkil edib ki, bu da 2014-cü il ilə müqayisədə 2,28 dəfə çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 95,62% artaraq 418,265 mln. manat olub.

İpoteka kreditləri isə, 2014-cü il ilə müqayisədə ötən il 3,41 dəfə artaraq 10,846 mln. manata bərabər olub.

Bununla yanaşı, bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi isə 72,52% artaraq 10,300 mln. manat olub.

Ötən il bankın depozit portfeli 2,64 dəfə artaraq 539,719 mln. manata çatıb.

Hesabat dövründə bankın məcmu kapitalı 5,29% azalaraq 50,891 mln. manat olub.

Bankın gəlirləri bir il ərzində 51,81% artaraq 25,923 mln. manata çatıb.

Ümumilikdə, bank 2015-ci ili 4,631 mln. manat zərərlə başa vurub. Bankın ili zərərlə başa vurması məcburi ehtiyatların yaradılması ilə bağlı olub.

Hazırda bankın ölkə üzrə 6 filialı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR