Yunanıstan prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini qəbul edib

Yunanıstan prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini qəbul edib
# 05 fevral 2016 11:34 (UTC +04:00)

Bakı – APA. IV Qlobal Bakı Forumuna hazırlıq görüşləri çərçivəsində Yunanıstan prezidenti Prokopis Pavlopulos İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Səragəldini, UNESCO-nun xoşməramlı səfiri, NGBM-in idarə heyətinin üzvü Marianna Vardinoyannisi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini qəbul edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, görüşdə Yunanıstan prezidentinə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və 2013-cü ildən etibarən hər il Bakıda keçirilən Qlobal Forumlarla bağlı məlumat verilib, habelə bu forumların əhəmiyyəti, bu cür beynəlxalq tədbirlərin dünyada baş verən bir sıra qlobal problemlərin həllinə verə biləcəyi töhfələr müzakirə olunub.

Həmin gün Yunanıstanın məşhur Akropolis Muzeyində İsgəndəriyyə Kitabxanasının direktoru, NGBM-in həmsədri İsmayıl Səragəldinin rəhbərliyi ilə mühazirə təşkil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR