Balakəndə 53 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb

Balakəndə 53 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb
# 14 sentyabr 2015 07:17 (UTC +04:00)

Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Qullar kənd sakini, 1962-ci il təvəllüdlü Fərhad Əhməd oğlu Əhmədov yaşadığı evdə 6-7 metr hündürlüyündə olan su çənində təmir işləri apararkən ehtiyatsızlıqdan yıxılıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Fərhad Əhmədov Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.

Balakən RMX-dan APA-ya verilən məlumata görə, ağır kəllə-beyin travması və hər iki qolun bilək nahiyəsinin sınığı dioqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Fərhad Əhmədov aldığı xəsarətlərdən sentyabrın 13-dən 14-ə keçən gecə orada ölüb.

Faktla bağlı Balakən rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR